“Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində
23.03.2025 - 23:57
“Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində

İngiltərə Premyer Liqası komandalarından "Tottenhem"in üzvü Serxio Requlon karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi ilə "Beşiktaş" və "Qalatasaray" yaxından maraqlanır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi oyunçunu satmağa müsbət yanaşır.

Qeyd edək ki, 28 yaxşı ispaniyalı bu mövsüm "Tottenhem"in heyətində cəmi 5 matçda iştirak edib.