Tudor ictimaiyyətə təqdim olundu
27.03.2025 - 20:51
Tudor ictimaiyyətə təqdim olundu

İqor Tudor "Yuventus"un baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.

Apasport.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

O, Turin klubuna yayda keçiriləcək klublararası dünya çempionatının sonuna kimi rəhbərlik edəcək. Tudor komandanı Çempionlar Liqasına yüksəldə bilsə, onun razılaşma bir il müddətinə uzadılacaq.

47 yaşlı baş məşqçi şənbə günü A Seriyasında "Cenoa" ilə qarşılaşmada komandada debüt edəcək.

Qeyd edək ki, "Yuventus" uğursuz nəticələrdən sonra Tyaqo Motta ilə yollarını ayırıb. Tudor 1998-2007-ci illərdə "Yuve"nin formasını geyinib və 2020/21 mövsümündə komandada baş məşqçi Andrea Pirlonun köməkçisi olub.