Türkiyə klubu fələstinli hücumçu ilə maraqlanır
24.12.2025 - 12:52
Türkiyə klubu fələstinli hücumçu ilə maraqlanır

“Trabzonspor” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Kolumbus”dan fələstinli futbolçu Vessam Abu Alini transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Trabzonspor” hücumçunun icarəsi üçün MLS təmsilçisi ilə danışıqlara başlayıb.

Vessam bu mövsüm 5 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Forvard Fələstin yığmasının da üzvüdür.