Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər
27.12.2025 - 00:34
Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

Enes Ünal yenidən La Liqada çıxış edə bilər

Apasport.az xəbər verir ki, “Bornmut”da çox şans qazana bilməyən hücumçu ilə keçmiş klubu “Xetafe” ciddi maraqlanır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İddialara görə, “Jirona”, “Real Sosyedad”, “Valensiya”, “Real Betis”, “Sevilya”, “Oviedo” və “Rayo Valyekano” da hücumçu axtarışındadır və 26 yaşlı futbolçu ilə əlaqə qura biləcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü daha əvvəl İspaniyada “Levante”, “Vilyarreal”, “Valyadolid” və “Xetafe” formaları ilə çıxış edib.