Türkiyədə şok qərar: baş məşqçi istefa tarixini açıqladı
14.12.2025 - 19:37
Türkiyədə şok qərar: baş məşqçi istefa tarixini açıqladı

Türkiyə Super Liqasında maraqlı hadisə yaşanıb.

“Qaziantepspor”un baş məşqçisi Burak Yılmaz iki oyundan sonra istefa verəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə Super Liqanın XVI turu çərçivəsində “Göztəpə”yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında danışıb.

Yılmaz qərarının səbəbi kimi azarkeşlərin ona və texniki heyətə qarşı təhqiramiz ifadələr işlətməsini göstərib. 44 yaşlı çalışdırıcı bu cür münasibətə layiq olmadığını və məhz buna görə istefa vermək qərarına gəldiyini bildirib.

Qeyd edək ki, “Qaziantepspor” Burak Yılmazın rəhbərliyi altında indiyədək keçirdiyi 16 rəsmi oyunda 8 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıb.