21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın U-21 yığması ilə üz-üzə gəlib.
Matç rəqibin üstünlüyü ilə keçib. Asiya təmsilçiləri 3 qol vurmağı bacarıblar. Yığmamızın gücü isə yalnız təsəlli topuna çatıb. Nihad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, U-21 millimiz bundan əvvəl İsparta şəhərindəki “Sav” stadionunda Bəhreynlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Millimizin qollarını Qurban Səfərov, Nihad Əhmədzadə və Lorenzo Mezzotero vurublar
Yoxlama oyunu
18:00
Azərbaycan U-21 - Qırğızıstanın U-21 1:3
İsparta şəhəri, “Sav” stadionu