“Vest Hem”in gənc futbolçusu Portuqaliya klubunun hədəfində
25.12.2025 - 11:33
“Vest Hem”in gənc futbolçusu Portuqaliya klubunun hədəfində

“Vest Hem”in 19 yaşlı yarımmüdafiəçisi Luis Qilyerme Portuqaliyanın “Sportinq” klubuna keçə bilər.

Apasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi artıq braziliyalı futbolçu ilə danışıqlara başlayıb.

Lakin Qilyerme ilə maraqlanan klubların siyahısı kifayət qədər genişdir. “Porto”, “Benfika”, Donetskin “Şaxtyor”u, eləcə də İtaliya təmsilçiləri “Napoli” və “Fiorentina” gənc oyunçunu yaxından izləyir.

“Vest Hem” rəhbərliyi Qilyerme üçün təxminən 30 milyon avro tələb edir. London klubu futbolçunu 2024-cü ilin yayında 23 milyon avro qarşılığında heyətinə qatmışdı.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 5 oyunda meydana çıxıb. Luis Qilyermenin “Vest Hem”lə mövcud müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.