Vinisius "Real"la bağlı qərarını verib
26.11.2025 - 21:58
Vinisius Junior “Real Madrid”dakə gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, braziliyalı vinger "kral klubu" ilə müqaviləsini uzatmayacaq.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Vinisius artıq qərarını klub prezidenti Florentino Perezə çatdırıb. 25 yaşlı hücumçu baş məşqçi Xabi Alonso ilə problem yaşadığı üçün komandada qalmaq istəmir.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm “Real”ın heyətində 23 rəsmi matçda iştirak edərək 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0