Xavi İngiltərə yolunda
20.03.2025 - 19:27
Xavi İngiltərə yolunda

"Leypsiq"in niderlandlı yarımmüdafiəçisi Xavi Simons İngiltərə klublarının radarındadır.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 21 yaşlı futbolçu ilə maraqlanır.

Mersisaydalılar Simonsun transferin görə 80 milyon avro ödəməyə hazırdırlar. Amma almanlar Xavinin transferindən ən azı 100 milyondan aşağı satmaq niyyətində deyillər.

Xatırladaq ki, niderlandlı futbolçunun "Leypsiq"lə müqaviləsi 2027-ci ilin yayında bitəcək.

Qeys edək ki, Simons bu mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 25 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.