"Xəyalım karyeramı "Real"da başa vurmaqdır"
22.03.2025 - 20:52
"Xəyalım karyeramı "Real"da başa vurmaqdır"

Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Luka Modriç gələcəyi haqda danışıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi karyerasını "kral klubu"da başa vurmaq istədiyini bildirib:

"Real"la yeni müqavilə imzalamaq? Bu məsələdə tələsmirəm. Mövsümün bitməsinə hələ çox qalıb, qarşıda vacib oyunlarımız var. Mövsümün sonunda görəcəyik. Xəyalım karyeramı "Real"da başa vurmaqdır".

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında"Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.