Yamal derbini buraxa bilər
02.01.2026 - 09:27
Yamal derbini buraxa bilər

“Barselona”nın futbolçusu Lamin Yamal komandanın son məşqində iştirak etməyib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbubat xidməti məlumat yayıb.

Yüngül ağrıları olan vinger La Liqada “Espanyol”la matçı buraxa bilər.

Sabah keçiriləcək Kataloniya derbisinə saat 00:00-da start veriləcək.