“Yuventus”un müdafiəçisi zədələnib
06.05.2025 - 19:24
“Yuventus”un müdafiəçisi zədələnib

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Andrea Kambyaso sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu A Seriyasının "Bolonya" ilə son oyununda (1:1) zədələnib.

Tibbi müayinədən sonra futbolçuya sol ayağının bud əzələsinin uzanması diaqnozu qoyulub.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisi ilə meydana çıxdığı 40 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.