Zemfira Meftahəddinova: “Vəziyyət o həddə çatıb ki, qızım Regina da məşqlərdə mənim silahımdan yararlanır”
03.04.2008 - 15:17
- Stend atıcılığı üzrə təsnifat yarışlarında Pekin olimpiadasına lisenziya qazana bilməməsiniz. Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyiniz isə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Baş Assambleyasının aprelin 10-11-də keçiriləcək toplantısında müəyyənləşəcək. Həmin iclasda sizə dəvətnamə və ya güzəştli kart veriləcəyinə ümidiniz varmı?
- Əlbəttə, bu toplantıda yaxşı qərarın çıxarılacağına ümidim böyükdür. Çünki mən Sidney olimpiadasının qızıl, Afina Yay Olimpiya Oyunlarının isə bürünc mükafatçısıyam. Bundan başqa, 2006-cı ildə keçirilmiş dünya çempionatında rekorda imza atmışam. Baş Assambleyada bu nəticələrin nəzərə alaraq, mənə dəvətnamə və ya güzəştli kart veriləcəyinə inanıram.
- Maraqlıdır ki, 2000-ci ildə Sidney olimpiadasına dəvətnamə ilə yollanaraq birinci yeri tutmuşdunuz. Tarix bu dəfə təkrarlana bilərmi?
- Niyə də təkrarlanmasın? Açığı, elə buna görə çalışırıq – dəvətnamə almaq, ardından mükafatçılar sırasında yer almaq.
- Şər deməsən, xeyir gəlməz. Əgər Pekin olimpiadasından kənarda qalsanız hansı addımı atacaqsınız?
- Təbii ki, bu, xoşagəlməz hadisə olar. Hafiz Cəfərovun rəhbərliyi altında qarşıdakı yarışlara, eləcə də Yay Olimpiya Oyunlarına ciddi hazırlaşıram. Dəvətnamə və ya güzəştli kart ala bilməsəm, mən də, azarkeşlərim də məyus olacağıq. Ancaq idmanda istənilən sürprizlə üzləşmək mümkündür. Pekin olimpiadasında mübarizə aparmaq şansımı itirəcəyim təqdirdə, yenə məşqləri davam etdirəcəyəm, müxtəlif turnirlərə qatılacağam.
- Ola bilərmi ki, Baş Assambleyada sizin üçün yaxşı qərar çıxarılmasa, karyeranızı başa vurasınız?
- Yox. Düzü, karyeramı bitirməyi düşünmürəm.
- Yaş amili necə, çıxışınıza mənfi təsir göstərir?
- Stend atıcılığı texniki idman növüdür. Yəni, yaşın bir o qədər də fərqi yoxdur. Məsələn, bu yaxınlarda 50 yaşlı kanadalı qadın dünya çempionu olub. Konkret mənə gəlincə, deyərdim ki, bəzən özümü əvvəlkindən də güclü hesab edirəm.
- Ötən il bir neçə lisenziya xarakterli turnirdə çıxış etsəniz də, məqsədinizə çata bilmədiniz. Bunun xüsusi səbəbi var?
- Bildiyiniz kimi, analıq məzuniyyəti ilə bağlı stend atıcılığından 1 il uzaqlaşdım. Yaranmış uzun fasilə təsnifat yarışlarında öz nəticəsini göstərdi. Artıq atəş xəttinə çıxarkən psixoloji gərginlik keçirirdim. Buna görə də Pekin Yay Olimpiya Oyunlarına birbaşa lisenziya qazanmağı bacarmadım.
- Yaxşı stend atıcısı olmaq üçün nə tələb olunur?
- İlk növbədə diqqət və əsəbi sakitlik. Bu xüsusiyyətlər kimdə varsa, o, yaxşı stend atıcı ola bilər. Həmçinin, bu idman növündə psixoloji amil də böyük rol oynayır. Hədəfə qarşı reaksiya göstərmək vacibdir.
- Sizcə, stend atıcılığının əsas problemləri nədir?
- Əsas problem silah və güllə çatışmazlığı ilə bağlıdır. Düzdür, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Atıcılıq İdman Federasiyasının rəhbərliyi sayəsində güllə problemi qismən həllini tapıb. Lakin bu növlə yenicə məşğul olmağa başlayanlar silah çatışmazlığı ilə qarşılaşırlar. Məcburiyyət qarşısında qaldığımdan məşqlərdə öz silahımdan istifadə edirəm. Baş məşqçi Hafiz Cəfərov, yığmanın üzvü Emin Cəfərov da öz silahları ilə atırlar. İş o yerə çatıb ki, qızım Regina Meftahəddinova da mənim silahımdan yararlanır. Belə hallar ölkədə stend atıcılığının inkişafına maneçilik törədir.
- Sirr deyilsə, sizin silahınız neçəyədir?
- 7000 avroya. Bir güllənin qiyməti isə 1 ABŞ dollarıdır.
- Nəyə görə Azərbaycanda stend atıcılığı kütləvi yayılmayıb? Beynəlxalq yarışlara adətən 2-3 nəfərdən ibarət eyni heyət yollanır...
- Fikrimcə, bunun əsas səbəbi ötən əsrin 90-cı illərində ölkəmizdə stend atıcılığına diqqət ayrılmamasındadır. O vaxtlar hətta atəş açmaq üçün yerlər də yox idi. Ancaq Sidney olimpiadasından sonra dövlət tərəfindən stend atıcılığına qayğı göstərildi. İndi bir sıra gənclər bu sahəyə həvəs göstərirlər. Onlar beynəlxalq yarışlarda pis-yaxşı çıxış edirlər.
- Belə gənclərdən biri də qızınız Reginadır. Onun perspektivini necə qiymətləndirirsiniz?
- Regina istedadlı qızdır. Hazırda Hafiz Cəfərovdan stend atıcılığının sirlərini öyrənir. Eyni zamanda, dərslərinə vaxt ayırır. Ümidvaram ki, Regina mənim yolumla gedəcək və uğurlarımı təkrarlayacaq.
- Bəs özünüz məşqçilik etmək istəmirsiniz?
- Hələlik lazım deyil. Mən polis polkovnik-leytenantıyam, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sədr müavini vəzifəsində çalışıram. Hesab edirəm ki, məşqçilik etmək mənim üçün tezdir.
- Karyeranız ərzində bütün titullara yiyələnmisiniz. Həyata keçməyən arzunuz qalıbmı?
- Belə bir arzum var. Necə deyərlər, bu, kiçik arzudur. İstəyirəm ki, Pekin olimpiadasında qızıl da olmasa, ən azı gümüş medala sahib çıxım. İnşallah, bu arzum da reallaşar.

- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0