Valeri Porşkovun komandası uduzub
21.04.2008 - 11:08
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə həndbol Superliqasında növbəti turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Valeri Porşkovun şərəfini qoruduğu “Beşiktaş” klubu doğma meydanda yarışın lideri, “İzmir Bələdiyyəsi”nə 26:31 hesabı ilə uduzub. Əsas heyətdə mübarizə aparan həmyerlimizin oyunu iki ulduzla qiymətləndirilib. Keçirdiyi 18-ci oyunda 5-ci dəfə məğlub olan İstanbul klubu 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Vadim Skreptsov, Eldar Fərəcov, Oleq və Sergey Georgiyevski qardaşlarının şərəfini qoruduğu “Trabzon Bələdiyyəsi” klubu isə doğma meydanda “Jandarmagücü” komandasına 44:32 hesabı ilə qalib gəlib. Əsas heyətdə çıxış edən V.Skreptsovla E.Fərəcovun oyunu iki, Georgiyevski qardaşlarının oyunu isə üç ulduzla qiymətləndirilib. Xallarının sayını 22-yə çatdıran “Trabzon Bələdiyyəsi” 7-ci pillədəki mövqeyini möhkəmləndirib.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0