7 qat dünya çempionu Eduard Məmmədov Azərbaycan çempionatında ikinci yeri tutub
21.04.2008 - 11:52
Bakı. Elşən Məmmədov-APA-Sport. Bakı İdman Sarayında 1994-95 və 1996-98 təvəllüdlülər və kişilər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Bu haqda «APA-Sport» agentliyinə Kikboksinq və Muay Tay Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yarışda ümumilikdə 336 azyaşlı və 160 kişi kikboksçu kikboksinqin lou-kik stilində mübarizə aparıb. Kişilərin mübarizəsinə müxtəlif səbəblərdən nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçıları Araz Musayev, Ramil Nadirov (hər ikisi 71 kq), Eldar Qazıbəyov, Rail Rəcəbov (hər ikisi 81 kq), Elman Qazıbəyov (86 kq) və Hafiz Baxşəliyev (+91 kq) qatılmayıblar. 7 qat dünya çempionu Eduard Məmmədov (60 kq) isə finalda məğlub olaraq, ikinci yeri tutub. Qaliblərə gəldikdə, Zaur Məmmədov (51 kq), Emil Kərimov (54 kq), Nurlan Qədimov (57 kq), Elnur Dəryagir (60 kq), Bəxtiyar İskəndərzadə (63,5 kq), Araz Pirməmmədov (67 kq), Kənan Sadıqov (71 kq), Kamil Şərifov (75 kq), Fuad Zeynalov (81 kq), Samir Kazımov (86 kq), Anar Məmmədov (91 kq) və Fikrət Rəhimov (+91 kq) qızıl medal qazanıb.
Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkə çempionatı 16 – 18 mayda Ağdamın Quzanlı kəndindəki Olimpiya Kompleksində keçiriləcək.
Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkə çempionatı 16 – 18 mayda Ağdamın Quzanlı kəndindəki Olimpiya Kompleksində keçiriləcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0