Tahir Zaman Azərbaycan milli komandasının baş məşqçisi postundan istefa verib
21.04.2008 - 16:35
Tahir Zaman Azərbaycan milli komandasının baş məşqçisi postundan istefa verib
“Hələ bir müddət əvvəl demişdim ki, Azərbaycan turnirdə birinci yeri tutmayacağı halda, vəzifəmdən gedəcəyəm. Təəssüf ki, məqsədimizə çata bilmədik və yarışdan dərhal sonra istefa ərizəsini yazdım”. İspaniya ilə həlledici matçda məğlubiyyətin (2:3) səbəblərinə toxunan T.Zamanın sözlərinə görə, komandasının azlıqda qalması nəticəyə təsir göstərib: “İkinci hissədə iki hokkeyçimiz sarı vərəqə aldı. Azlıqda qaldığımız vaxt qapımızdan iki top buraxdıq. Əslində əvvəlkilərlə müqayisədə biz ən yaxşı oyunumuzu keçirdik. Lakin rəqibin daha güclü olması və sarı vərəqələr məğlubiyyətimizlə nəticələndi”. Əcnəbi məşqçi bu arada iki təklif aldığını da əlavə edib: “Mənə iki təklif gəlib. Amma hələlik bu dəvətlərin üzərində fikirləşmirəm. Tezliklə vətənimə qayıdıb ailəmlə bağlı yaranan problemi həll etməyə çalışacağam”.
Qeyd edək ki, 2006-cı ilin noyabrında baş məşqçi təyin olunan T.Zaman fəaliyyət göstərdiyi müddətdə milli komandamıza heç bir ciddi uğur qazandırmayıb.
0