Teymur Rəcəbov Maykl Adamsla heç-heçə edib
21.04.2008 - 18:14
Bakı. Kənan Həsənov – APA-Sport. Bu gün Bakıda şahmat üzrə Qran-Pri turnirinin birinci mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, birinci tur çərçivəsində milli komandamızın lideri Teymur Rəcəbov ingiltərəli Maykl Adamsla qarşılaşıb. Ağ fiqurla oynayan beynəlxalq qrossmeysterimizin səyinə baxmayaraq, görüş 39-cu gedişdə heç-heçə başa çatıb. Bundan öncə Şəhriyar Məmmədyarov ilk oyunda rusiyalı Pyotr Svidlerlə xalları yarı bölüb.
Qeyd edək ki, 162000 avro mükafat fondu olan və dairəvi sistemlə keçirilən turnirdə 14 qrossmeyster iştirak edir. Yarışda ölkəmizi həmçinin, Vüqar Həşimov təmsil edir.
Qeyd edək ki, 162000 avro mükafat fondu olan və dairəvi sistemlə keçirilən turnirdə 14 qrossmeyster iştirak edir. Yarışda ölkəmizi həmçinin, Vüqar Həşimov təmsil edir.
0
0