Pyotr Svidler: “Şəhriyar Məmmədyarovdan belə oyun gözləmirdim”
21.04.2008 - 19:00
Bakı. Anar Cəfərsoy – APA-Sport. “Şəhriyar Məmmədyarov qeyri-adi oynadı. Açığı, ondan belə oyun gözləmirdim”. “APA-Sport” agentliyinə açıqlamasında Bakıda təşkil olunan FİDE Qran Pri turnirində həmyerlimiz Şəhriyar Məmmədyarovla heç-heçə edən rusiyalı Pyotr Svidler belə deyib. O, heç-heçəni yaxşı nəticə kimi qiymətləndirib.
Ş.Məmmədyarov isə bildirib ki, P.Svidler xoş təsir bağışlayıb. Şahmatçımızın sözlərinə görə, rəqibi səhv etmədiyindən qalib gələ bilməyib: “Svidler oyunun gedişini hiss etdi. Hesab edirəm ki, heç-heçə qanunauyğunluq idi. Ona görə ki, ikimiz də səhvsiz oynadıq”.
Ş.Məmmədyarov stabil oyun göstərmədiyini etiraf edib və bunu normal qarşılayıb: “Qəti həyəcan yoxdur. Çünki buna öyrəşmişik. Sadəcə, üzərimdə böyük məsuliyyət var. Peşəkar şahmatçı üçün yüksəliş-eniş normaldır. Ümid edirəm ki, bu turnirdə uğur qazanacağam. Konkret hansı yeri tutacağımı deyə bilmərəm. Çalışacağam ki, yaxşı oyun göstərib yarışı qalib kimi başa vurum”.
Zəka sahibi bütün rəqibləri qiymətləndirdiyini vurğulayıb. Onun fikrincə, turnirin əksər şahmatçıları eyni səviyyəyə yaxındırlar və bu halda qələbə qazanmaq çox çətindir: “Hesab edirəm ki, Bakıdakı Qran-Pri ən güclü yarışdır. Əbəs yerə deyil ki, burada dünya reytinqinin ilk “onluğ”unda yer alan şahmatçılar da mübarizə aparır. Güclülərdən Karlsen, Qrişuk, Svidler, Adams və başqalarının adlarını sadalamaq olar”.

0
0