Azərbaycan çaparı İstanbulda sonuncu lisenziya xarakterli turnirə qatılıb
22.04.2008 - 14:29
Azərbaycan çaparı İstanbulda sonuncu lisenziya xarakterli turnirə qatılıb
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan çaparı Camal Rəhimov Türkiyənin İstanbul şəhərində sonuncu lisenziya xarakterli turnirə qatılıb. Bu haqda “APA-Sport” agentliyinə Atçılıq İdmanı Federasiyasının baş katibi Yusif Babayev məlumat verib. Onun sözlərinə görə, Belçikada yaşayan və təhsil alan həmyerlimiz yarışın əsas favoritlərindən sayılır. Dörd ulduzlu turnir aprelin 27-də başa çatacaq.
Qeyd edək ki, reytinq cədvəlində üçüncü pillədəki mövqeyini qoruyan C. Rəhimov Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq problemini böyük ölçüdə həll edib.
0