Azərbaycan şahmatçılarından dördü Avropa çempionatında maksimum nəticə göstəriblər
23.04.2008 - 10:11
Azərbaycan şahmatçılarından dördü Avropa çempionatında maksimum nəticə göstəriblər
Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında ikinci turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində ardıcıl iki qələbə qazanan Rauf Məmmədovla Nicat Məmmədov liderlər qrupunda qərarlaşıb. Qədir Hüseynov 1,5, Eltac Səfərli 1, Fərhad Tahirov 0,5 xal toplayıb. Qadın şahmatçılarımızdan isə Xəyalə İsgəndərova ilə Nərmin Kazımova maksimum nəticə göstəriblər. Milli komandamızın lideri Zeynəb Məmmədyarovanın 1,5, İlahə Qədimova ilə Türkan Məmmədyarovanın 1, Nərgiz Umudova və Gülnar Məmmədovanın 0,5 xalı var. Şahmatçılarımız bu gün üçüncü oyunlarını keçirəcəklər. 11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
0