"Lion" 2-ci Liqaya düşürülür - ŞOK
16.11.2024 - 00:26
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Lion" sanksiyaya məruz qalıb.
Apasport.az xəbər verir ki, klubun müvəqqəti 2-ci Liqaya düşürülməsinə qərar verilib.
Fransa Futbol Maliyyə Nəzarət Orqanı "Lion"la bağlı araşdırmanı yekunlaşdırıb. Borcları 458 milyondan 508-ə milyona yüksələn klub ciddi sanksiyalarla üz-üzə qalıb. Aşağı liqaya yuvarlanmaqdan başqa, "Lion"a transfer qadağası və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı tələblər qoyulub.
Qeyd edək ki, "Qarabağ" "Lion"la noyabrın 28-də Bakıda qarşılaşacaq.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0