Sabah idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürəcək
28.04.2008 - 10:20
Sabah idman və döyüş sambosu üzrə Avropa çempionatı start götürəcək
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Gürcüstanın paytaxtı Tbilisidə sambo üzrə Avropa çempionatının startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, üç gün davam edəcək yarışda Azərbaycanın kişilərdən ibarət yığma komandası idman və döyüş sambosu növlərində qüvvəsini sınayacaq. Yarışın ilk günündə idman sambosu üzrə İslam Qasımov (52 kq), Tərlan Kərimov (62 kq), Araz Muxtarov (74 kq), Yasin Həsənov (90 kq) və Vasif Səfərbəyov (+100 kq), aprelin 30-da isə Elçin Mayılov (57 kq), Emil Həsənov (68 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) mübarizə aparacaq. Mayın 1-də keçiriləcək döyüş sambosu üzrə yarışda ölkəmiz ilk dəfə təmsil olunacaq. Həmin gün xalça üzərinə Mobil Hüseynov (68 kq), Elşən İbişov (74 kq) və Nadir Məmmədli (82 kq) çıxacaq.
Qeyd edək ki, qitə birinciliyində 23 ölkə təmsil olunacaq.
0