Avropa çempionatında Azərbaycanı 16 samboçu təmsil edəcək
07.05.2008 - 12:48
Bakı. Elşən Məmmədov-APA-Sport. Mayın 16-da Belarusun paytaxtı Minskdə start götürəcək yeniyetmə və gənclər arasında sambo üzrə Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən milli komandamızın baş məşqçisi Mübariz İbrahimovun sözlərinə görə, dörd gün davam edəcək yarışa 16 idmançı aparılacaq. Yeniyetmələrin mübarizəsinə Orxan Cəlalov (48 kq), Vüqar Məmmədov (52 kq), Rəşid Şamilzadə (56 kq), Ruslan Rəşidi (60 kq), Səfər Aşumov (65 kq), Samir Kərimov (70 kq), Azər Ağayev (75 kq), Seymur Heydərov (81 kq) və Sadiq Əhmədov (87 kq) qatılacaq. Gənclər arasında isə Elvin Məmmədov (48 kq), Əfqan Abdullayev (52 kq), Cavidan Qarayev (57 kq), Yaşar Abbasov (62 kq), Emil Həsənov (68 kq), Mirələm Ağamirov (82 kq) və Naim Allahverdiyev (90 kq) qüvvəsini sınayacaq. Cabir İsmayılovla Yaqub Abdullayev isə qitə birinciliyində hakim funksiyasını yerinə yetirəcək.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
0
0