Azərbaycanın gimnastları Dünya Kubokunda medal qazana bilməyiblər
26.05.2008 - 12:21
Azərbaycanın gimnastları Dünya Kubokunda medal qazana bilməyiblər
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində idman gimnastikası üzrə beynəlxalq turnir başa çatıb. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, olimpiya çempionu
Aleksandr Dityatinin xatirəsinə həsr olunan yarışda milli komandamızın lideri Şakir Şıxəliyev çıxış edib. Kişilərin yarışına qatılan yeniyetmə idmançımız bu səbəbdən fəxri kürsüyə yüksələ bilməyib. Ayrı-ayrı növlər üzrə fərdi birincilikdə ən yaxşı nəticəsi 4-cü yer olan Ş.Şıxəliyev, çoxnövçülükdə 16-cı pilləni tutub.
Paralel olaraq Fransanın Publie-Amfon şəhərində isə akrobatik gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələ yarışı keçirilib. Bu nüfuzlu yarışa ezam olunan Ayla Əhmədova-Dilarə Sultanova dueti və Rüstəm Nəcəfquliyev-İlham Abbasov-Elnur Məmmədov-Fərid Məmmədov kvarteti də medal qazana bilməyiblər.
0