BOK “narkoman” çempionu bağışladı
02.02.2009 - 18:51
Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur amerikalı üzgüçü Maykl Felpsi bağışlayıb. Apasport.az saytının məlumatına görə, 14 qat olimpiya çempionu marixuana çəkərkən “ilişib”. Mayklın bununla bağlı şəkli İngiltərə mətbuatında dərc edildikdən sonra BOK-un hansı qərar çıxaracağı maraq doğurur. Hərəkətinə görə üzr istəyən üzgüçü gələcəkdə bir daha bunu etməyəcəyini bildirib.
Marixuana çəkməsini yolverilməz hesab edən Felps BOK-dan cəzalanmamasını xahiş edib. Bu üzrxahlığı qəbul edən BOK onun səmimiliyində şübhələnməyində əsas görmür. Qurumun mətbuat katibi Əmmanuel Moro məsələ ilə bağlı açıqlama verib: “Maykl Felps dahi çempiondur. O, yolverilməz hərəkətinə görə üzr istəyib. Mayklın səmimiliyinə, onun gələcək nəsil üçün nümunə olmaq istəyində qalmasında şübhələnməyə əsasımız yoxdur”.
Qeyd edək ki, Pekin Olimpiadasında 8 qızıl medal qazanan, 7 rekorda imza atan Felps dünyanın ən titullu idmançısıdır.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0