1 oyunda reklamdan 206 milyon dollar qazanc götürüldü
03.02.2009 - 16:35
Amerika futbolu üzrə çempionatın finalında rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Pittsburq” və “Arizona” komandaları arasında keçirilən həlledici qarşılaşmanı yayımlayan ABŞ-ın NBC telekanalı reklamdan 206 milyon dollar gəlir əldə edib.
Oyun ərzində 69 reklam çarxı efirə gedib. Bunların hər biri 2,5-3 milyon dollara satılıb. Çarxlar ötən il sentyabrında satışa çıxarılıb və dərhal bunun 80 faizi alınıb. Həmin vaxt yaranan maliyyə böhranı ucbatından isə qalan 20 faizi tədricən 4 aya satmaq mümkün olub.
Bütün reklamların satışından sonra NBC telekanalının təmiz qazancı 206 milyon dollar təşkil edib. Matça gəlincə, “Pittsburq” son dəqiqələrdə qazandığı xallar sayəsində “Arizona”nı 27:23 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ABŞ-da ən məşhur idman növləri Amerika futbolu, qolf, basketbol və xokkey sayılır.

- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
0
0