İki avstraliyalı velosipedlə Azərbaycana gəlir - FOTO
13.02.2009 - 12:05
İngiltərənin paytaxtı Londondan Çinin Lxasaya şəhərinə velosipedlə səyahətə çıxan iki avstraliyalı Krista Bernard və Daniel Kovard bu ilin yazında Azərbaycana gəlməyi planlaşdırırlar. Apasport.az saytının məlumatına görə, “RideHimalaya” adlı layihəni həyata keçirən velosipedçilərin əsas məqsədləri dünya ictimaiyyətinin diqqətini tropik meşələrin məhv olmasına yönəltməkdir.
Bernardla Kovard səyahətə ötən il başlayıb. Onlar İngiltərədən sonra Hollandiya, Belçika, Lüksemburq, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstandan keçərək, 4 min km yol qət etdikdən sonra payızda Türkiyəyə çatıblar. Gənc avstraliyalılar qış boyu İstanbulda istirahət edəcəklər. Ardından velosipedçilər planlaşdırdıqları marşrut üzrə Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Tacikistan ərazisindən keçəcəklər. Nəhayət, onlar yayda Çin Xalq Respublikasının muxtar vilayəti olan Tibetin paytaxtı Lxasada səyahətlərini başa çatdıracaqlar.
Avstraliyalılar səfər etdikləri ölkələrdə yerli xalqların mədəniyyəti və həyat tərzi ilə yaxından tanış olurlar. Bundan başqa, Bernard və Kovard ətraf mühitin qorunmasına tərəfdar çıxan şəxsləri bu layihəyə maddi və mənəvi dəstək verməyə çağırırlar. Onların Londondan Lxasaya qədər marşrutlarının ümumi uzunluğu təxminən 15 000 km-dir.
Maraqlıdır ki, Krista Bernard öncə bu uzunluqda məsafəni qət edib. O, bir müddət əvvəl İndoneziyadan Misirə yollanıb və 15 000 km məsafədə tək velosiped sürüb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0