Milli komandamız İrana gedir
18.02.2009 - 22:07
Azərbaycanın yunan–Roma güləşi üzrə yığma komandası İranın Qum şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin şərəfini 10 idmançı - Taleh Məmmədov (55 kq), Orxan Əhmədov (55 kq), Anar Əsədov (60 kq), Hacıxan Mustafayev (60 kq), Elşad Səfərov (66 kq), Rüstəm Əliyev (66 kq), Emin Əhmədov (66 kq), Araz Həsənov (84 kq), Elgiz Məmmədov (84 kq), Vüqar Mirzəyev (96 kq) qoruyacaq.
Beynəlxalq dərəcəli hakim Balağa Zamanov isə turniri idarə edən hakimlər sırasında olacaqdır. Yarış fevralın 28-dən martın 1-dək keçiriləcək.
mənbə: AzərTac
Beynəlxalq dərəcəli hakim Balağa Zamanov isə turniri idarə edən hakimlər sırasında olacaqdır. Yarış fevralın 28-dən martın 1-dək keçiriləcək.
mənbə: AzərTac
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0