Keçmiş xanımı boksçu Vüqar Ələkbərovdan brilyantlarını istəyir
19.02.2009 - 14:44
Həyat yoldaşı Şəbnəm Rəsulova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, məşhur azərbaycanlı boksçu Vüqar Ələkbərovdan boşanıb. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, 2008-ci il martın 14-də Nərimanov rayon Məhkəməsi Rəsulovanın iddiasını qismən təmin edib. Belə ki, Rəsulova məhkəməyə nikahın pozulması və əmlak tələbi iddiası ilə müraciət edib. Lakin nikahın pozulması barədə iddiası təmin olunan Rəsulovanın iddiasının əmlakla bağlı hissəsi təmin edilməyib. O, məşhur boksçudan qızıl zinyət əşyaları, o cümlədən dəyəri 5 min dollar qiymətləndirilən brilyant qaşlı boyunbağı (kolye), dəyəri 1500 dollar qiymətləndirilən brilyant sırğa və üzük dəsti, dəyəri 1600 dollar qiymətləndirilən sırğa və s. tələb edib.
İşə baxan Bakı Apellyasiya Məhkəməsi 2008-ci il iyunun 25-də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Rəsulova Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə iddiaya fevralın 18-də baxıb və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
İşə baxan Bakı Apellyasiya Məhkəməsi 2008-ci il iyunun 25-də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Rəsulova Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə iddiaya fevralın 18-də baxıb və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0