Nizami Paşayevin rəqibi toyda bıçaqlandı
19.02.2009 - 18:18
Azərbaycan ağırlıqqaldırma yığmasının üzvü Nizami Paşayevin (94 kq) Pekin Olimpiadasındakı rəqibi, qazaxıstanlı İlya İlin bıçaqlanıb. Apasport.az saytının məlumatına görə, yay olimpiya oyunlarında qızıl medal qazanmış atlet bu xoşagəlməz hadisə ilə Almatı şəhərində keçirilən dostunun toyunda üzləşib.
Yayılan xəbərlərə əsasən, toyda dava düşüb və bu zaman İlinin qarın nahiyəsinə bıçaq zərbəsi endirilib. 21 yaşlı olimpiya çempionu dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, olimpiada əsas rəqibi İlini özündən irəli buraxan Nizami Paşayev 5-ci yeri tutmuşdu.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0