Milli komandamız Dünya Kubokuna ikinci heyətlə yollanır
20.02.2009 - 18:17
Fevralın 28-də Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında Dünya Kuboku start götürəcək. Apasport.az-ın Gənclər və İdman Nazirliyinin İnternet saytına istinadən məlumatına görə, yarışda ölkəmizin şərəfini 9 idmançı qoruyacaq. Yığmamız Varşavaya ikinci heyətlə yollanacaq. Buna səbəb milli komandanın əsas üzvlərinin bu günlərdə Almaniyada keçirilən Qran-Pri turnirində iştirak etməsidir.
Polşada tatami üzərinə Samir Dadaşzadə (60 kq), Tərlan Kərimov, Nadir Babayev (hər ikisi 66 kq), Elçin Qasımov, Amil Qasımov (hər ikisi 73 kq), Rüstəm Alimli (81 kq), Tural Səfiquluyev (90 kq), Fuad Qarayev və Fərid Babayev (hər ikisi +100 kq) çıxacaq. Məşqçi qismində səfərə Əli Dərvişov və Fərhad Məmmədov gedəcək. Dünya Kubokuna martın 1-də yekun vurulacaq.
Analoji vaxtda qadın cüdoçular Çexiyanın paytaxtı Praqada qüvvələrini sınayacaqlar. Həmin Dünya Kubokunda Ramilə Yusubova (57 kq), Gözəl Zutova və Xanım Hüseynova (hər ikisi 63 kq) çıxış edəcəklər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0