Mariya Stadnik olimpiadada uduzduğu idmançıdan qisasını finalda aldı
24.02.2009 - 13:09
Ukraynanın paytaxtı Kiyevdə sərbəst güləş üzrə kişi və qadınlar arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, XV dəfə təşkil olunan yarışda Azərbaycanı 7 qadın güləşçi təmsil edib.
Pəhləvanlarımız 2 qızıl, 1 bürünc medal qazanıblar. 48 kq çəki dərəcəsində güləşən Mariya Stadnik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında uduzduğu kanadalı Karol Hyundan qisas alıb. Güləşçimiz finalda məhz Hyunu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlilərimizdən digər qızıl medala Sona Əhmədli (59 kq) sahib çıxıb. Bürünc medalı isə Zümrüd Qurbanhacıyeva (67 kq) qazanıb.
Qalan pəhləvanlarımıza gəldikdə, Olesya Zamula (63 kq) 10-cu, Əminə Abbasova (48 kq) və Yelena Komarova (55 kq) 11-ci, Dina İvanova (72 kq) isə 12-ci yeri tutub.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0