Cüdoçularımız Varşava və Praqadan əliboş döndülər
02.03.2009 - 11:45
Polşanın paytaxtı Varşavada kişi, Çexiyanın paytaxtı Praqada isə qadın cüdoçular arasında Dünya Kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançıları heç bir yarışda fəxri kürsüyə yüksələ bilməyiblər.
Varşavaya ikinci heyətlə yollanan yığmamızın bütün üzvləri - Samir Dadaşzadə (60 kq), Tərlan Kərimov, Nadir Babayev (hər ikisi 66 kq), Elçin Qasımov, Amil Qasımov (hər ikisi 73 kq), Rüstəm Alimli (81 kq), Tural Səfquliyev (90 kq), Fuad Qarayev və Fərid Babayev (hər ikisi +100 kq) mübarizəni erkən dayandırıb.
Eyni zamanda, qadın cüdoçularımız da əliboş qalıblar. Ramilə Yusubova, Gözəl Zutova və Xanım Hüseynova (hamısı 63 kq) zəif nəticə göstəriblər.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0