Azərbaycan yığmasının heyətində dopinqdə ilişən güləşçinin cəzası ləğv olunub
09.03.2009 - 00:05
Vaxtilə Azərbaycan güləş yığmasının heyətində çıxış etmiş Xızır Durqayevin cəzası ləğv olunub. Apasport.az saytının məlumatına görə, 2007-ci ildə qanında istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün 3 illik beynəlxalq yarışlardan məhrum edilən idmançının cəzasının ləğvi barədə Rusiya Güləş Federasiyasının birinci vitse-prezidenti Georgi Bryusov açıqlama verib.
O, bildirib ki, iki il öncə Azərbaycan milli komandasının heyətində çıxış edərkən dopinqdə ilişən Durqayev əslində günahsız imiş: “Durqayev bilərəkdən hansısa gücləndirici maddədən istifadə etməyib. Nəhayət, bunu FİLA qarşısında sübut edə bildik. Bundan sonra Xızır beynəlxalq yarışlara qatılmaq üçün Rusiya yığmasının heyətinə düşməyə çalışmalıdır”.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0