Boksçumuz ermənini döyüb, qızıl medal qazandı
12.03.2009 - 13:12
Boks üzrə Azərbaycan milli komandası İranın təşkil olunmuş beynəlxalq “Fəcr” turnirində ikinci yeri tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan hər 5 idmançımız fəxri kürsüyə yüksəlib.
Belə ki, Elşən İsmaylov (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. O, finalda erməni rəqibini məğlub edib. Rahib Bəylərov (75 kq), İsmət (60 kq) və Sadiq Eynullayev (64 kq) qardaşları isə yalnız həlledici görüşdə uduzduqlarından, gümüş medallarla kifayətləniblər. 57 kq çəki dərəcəsində digər təmsilçimiz Rəhim Nəcəfov isə 3-cü pillədə qərarlaşıb.
Yekunda İran komanda hesabında birinci sıraya sahib çıxıb. Yığmamız ikinci, Ermənistan isə üçüncü olub.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0