İradə Aşumovanın oğlu Almaniyada gümüş medal qazandı
18.03.2009 - 12:28
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançı gənclər arasında fərqlənib. O, 50 metrlik məsafədən hədəfə atəş açaraq, 533 xal (85+91+90+86+88+93) toplayıb.
Nəticədə Ruslan 12 güllə atıcısı arasında yalnız polşalı Tomaş Varzonovskidən (537 xal) geri qalıb. Lunyov sabah 10 metrlik məsafədən hədəflərə atəş açacaq.
Ölkəmizin ən titullu güllə atıcısı, yığmanın məşqçisi İradə Aşumova isə martın 21-də mübarizəyə qoşulacaq. Öncə 10 metrlik məsafədən hədəfləri nişan alacaq Afina Olimpiadasının bürünc mükafatçısı ertəsi günü kiçikçaplı tapança ilə (25 metrlik məsafə) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Ruslan Lunyov İradə Aşumovanın oğludur.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0