Üç rus, iki erməni və bir azərbaycanlı
18.03.2009 - 12:32
Aprelin 14-də Rusiyanın Nalçik şəhərində start götürəcək FİDE Qran Pri turnirinin 4-cü mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, 16 gün davam edəcək yarışda 14 şahmatçı mübarizə aparacaq.
Onların arasında Azərbaycanın yalnız bir təmsilçisi – Şəhriyar Məmmədyarov olacaq. Məmmədyarov Pyotr Svidler, Aleksandr Qrişuk, Yevgeni Alekseyev (hər üçü Rusiya), Sergey Karyakin, Vasili İvançuk, Pavel Elyanov (hər üçü Ukrayna), Levon Aronyan, Vladimir Akopyan (hər ikisi Ermənistan), Qata Kamski (ABŞ), Boris Qelfand (İsrail), Rüstəm Qasımcanov (Özbəkistan), Peter Leko (Macarıstan) və Etyen Bakro (Fransa) ilə qarşılaşacaq.
Kabardin-Balkar Respublikası rəhbərliyinin və “Global Chess” şirkətinin təşkil etdiyi turnirin mükafat fondu 162 min avrodur.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0