Nizami Paşayev Avropa çempionatına aparılmır
18.03.2009 - 15:45
Aprelin 3-də Rumıniyanın paytaxtı Buxarestdə ağırlıqqaldırma üzrə növbəti Avropa çempionatı start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, qitə birinciliyində ölkəmiz yeddi idmançı ilə təmsil olunacaq. 10 gün davam edəcək yarışda baş məşqçi Vahid Nəzərovun rəhbərliyi altında mükafatlar uğrunda Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi 69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Rövşən Fətullayev və Əlibəy Səmədov (hər ikisi 94 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycanın ən tanınmış ağırlıqqaldıranları Nizami Paşayevlə Turan Mirzəyev qeyri-müəyyən səbəblərdən Avropa çempionatına aparılmır.
Qeyd edək ki, Azərbaycanın ən tanınmış ağırlıqqaldıranları Nizami Paşayevlə Turan Mirzəyev qeyri-müəyyən səbəblərdən Avropa çempionatına aparılmır.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0