Azərbaycanın 9 boksçusu yarımfinala vəsiqə qazanıb
31.03.2009 - 13:58
Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək yolu” beynəlxalq turnirinin bütün yarımfinalçıları müəyyənləşib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycanın şərəfini qoruyan 9 idmançı finalın bir addımlığındadır.
Bunlar Elvin Məmişzadə (48 kq), Aslan Tlatov (57 kq), Emin Məmmədov, Ruslan Qasımov (hər iksi 60 kq), Emil Məhərrəmov, Rəhman Mustafaoğlu (hər ikisi 69 kq), Qərib Orucov, Hafiz İsgəndərov (hər ikisi 81 kq) və Azər Məmmədovdur (91 kq). Yarımfinal görüşləri bu gün keçiriləcək. Sabah isə çempionların adları bilinəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0