Güləş üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək
31.03.2009 - 15:27
Böyüklər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu barədə Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) Baş Assambleyasında qərar qəbul edilib.
Qitə çempionatı 2010-cu il aprelin 12-də start götürəcək. Aprelin 17-dək davam edəcək yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.
Qeyd edək ki, 2002-ci il mayın 2-də də ölkəmizdə ilk dəfə güləş üzrə Avropa çempionatı keçirilib. Bundan 5 il sonra isə Bakıda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı təşkil olunub.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0