Mariya Stadnik Liliya Kaskarakovaya qarşı
02.04.2009 - 17:58
Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında sabah daha 4 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, Azərbaycanın xanım pəhləvanları bu çəkilərin hamısında çıxış edəcəklər.
Artıq güləşçilərimizin rəqibləri də müəyyənləşib. Onların hamısı mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar. Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnikin (48 kq) ilk rəqibi Liliya Kaskarakova (Rusiya) olacaq.
Nadiya Qradyuk (55 kq) birinci görüşünü eyni mərhələdə Lenka Martinakova (Çexiya) ilə keçirəcək. Olesya Zamula (63 kq) Mariya Diananı (İtaliya), Dina İvanova (72 kq) isə Nataliya Şinkarovanı (Belarus) sınağa çəkəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0