Azərbaycan yığmasında yeni baş məşqçi
09.04.2009 - 17:22
Taekvondo üzrə Azərbaycanın yeganə dünya çempionu Niyaməddin Paşayev idmançı karyerasını başa vurub. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.
Onun sözlərinə görə, Paşayev qadınlardan ibarət millimizə baş məşqçi təyin olunub. Yeni baş məşqçinin ilk sınağı İranın paytaxtı Tehranda keçiriləcək Fəcr turnirinə təsadüf edəcək. Aprelin 11-də start götürəcək yarış kişi və qadınlar arasında təşkil olunacaq.
Turnirə Azərbaycanın 36 kişi və qadın taekvondoçusu qatılacaq. Kişilərin mübarizəsində Avropa çempionu İlkin Şahbazov, dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov, Afina və Pekində keçirilmiş son iki Yay Olimpiya Oyunlarının iştirakçısı Rəşad Əhmədov kimi aparıcı idmançılarımız da qüvvələrini sınayacaqlar. Qadınların yarışında isə Aygül Abdullayeva, Nübar Hacıyeva, Arzu Bağırova və digərləri çıxış edəcəklər. İran qanunlarına əsasən, xanım taekvondoçular başı sarıqlı halda və şalvarda döyüşəcəklər.
Turnir 3 gün davam edəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0