Bu dəfə “klassiklər”imiz diribaş çıxdılar...
20.04.2009 - 13:18
Güləş üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan “Qızıl Qran-Pri” turnirində 4 medala layiq görülüb. Apasport.az saytının məlumatına görə, az öncə Litvada keçirilmiş Avropa çempionatından fərqli, bu dəfə yunan-Roma güləşçilərimiz daha yaxşı təsir bağışlayıblar.
Belə ki, qazanılan medallardan 3-ü “klassiklər”in payına düşür. Bu növdə bir dəst medal əldə etmişik. Sakit Cəlilov (60 kq) birinci, Emin Əhmədov (66 kq) ikinci, Qadir Süleymanov (55 kq) isə üçüncü yeri tutub.
Sərbəst güləşçilərimizdən isə təkcə yığmamızın dağıstanlı legioneri Camaləddin Maqomedov fərqlənib. 96 kq çəki dərəcəsində yarışan pəhləvan bürünc medal qazanıb.
Qeyd edək ki, milli komandamız Avropa çempionatında sərbəst növdə 4 qızıl, 1 gümüş, 1 bürünc, yunan-Roma növündə isə cəmi 1 bürünc medala sahib çıxmışdı.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0