Daha 3 cüdoçumuz Avropa çempionatında medalsız qaldı
25.04.2009 - 17:30
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə də Azərbaycan milli komandası medal qazana bilməyib.
Bu gün cüdoçularımızdan Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq) və Ramilə Usubova (63 kq) mübarizəyə qoşulub. Lakin hər 3 idmançımız mübarizəni erkən dayandırıb. Həm Elçin, həm də Elxan hərəyə cəmi 1 qələbə qazanıblar. 1/8 finalda isə onlar məğlubiyyətə düçar olublar. Həmçinin, Ramilə ilk görüşdə uduzub. Yığmamızın üzvləri 1/4 finaldan tez məğlub olduqları üçün avtomatik olaraq, təsəlliverici mərhələyə qatılmaq şanslarını da itiriblər.
Xatırladaq ki, çempionatın birinci günündə, dünən Samir Dadaşzadə (60 kq) və Ramil Qasımov (66 kq) uğursuz çıxış edib. Azərbaycan cüdosunun nüfuzunu sabah tatami üzərinə çıxacaq son təmsilçilərimiz Elxan Məmmədovla (90 kq) Elmar Qasımov (100 kq) qoruya bilər.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0