“Belə bədbəxtlik bu dəfə Şəhriyar Məmmədyarovun başına gəldi”
28.04.2009 - 12:44
“Hazırda bütün güclü turnirlərdə toplu endşpil zamanı oyunçulardan biri mütləq uduzur. Yorğunluq fonunda hətta sadə vəziyyətlərdə belə, yaxşı gedişlər etmək çox çətindir. Nəticədə bir çox qrossmeysterlər dəqiq müdafiə oluna bilmirlər. Belə bədbəxtlik bu dəfə Şəhriyar Məmmədyarovun başına gəldi”. Apasport.az-ın məlumatına görə, bu sözlər Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Prinin rəsmi İnternet saytında yerləşdirilib.
Məqalədə şahmatçımız Şəhriyar Məmmədyarovun Qran-Prinin XI turunda Boris Qelfandla (İsrail) görüşü şərh edilib. Bildirilir ki, 24 yaşlı həmvətənimiz öz səhvi ucbatından rəqibə uduzub: “Şəhriyar yaxşı müdafiə olunurdu, lakin sonra macəra başlandı. Hər halda, ən axırda Məmmədyarov səhvə yol verdi və Qelfand 56-cı gedişdə partiyaya nöqtə qoydu”.
Qeyd edək ki, Şəhriyar Qran-Prinin sonuna 2 tur qalmış 5 xalla 8-13-cü pillələri bölüşdürür.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0