Bakıda 11 ölkənin boksçuları döyüşəcək
29.04.2009 - 16:13
Mayın 1-də Bakı İdman Sarayında yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku” uğrunda yarış başlanacaq. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnirdə 11 ölkənin nümayəndələri qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycan yığması ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya, İrlandiya, İsrail və Ukrayna komandaları da mübarizə aparacaqlar. Ölkəmizin şərəfini 30 boksçu qoruyacaq. Turnirə mayın 5-də yekun vurulacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0