Əfsanə Bakıya gəlir
03.05.2009 - 23:05
Dünya karatesinin canlı əfsanəsi, Dünya Şotokan Karate-do Federasiyasının (SKİF) prezidenti, 10-cu dan kəmərinin sahibi Kanço Xirokazu Kanazava mayın 14-də Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Bakıya 5-ci səfəri çərçivəsində Kanço SKİF-ın rəhbər təlimatçısı Manabu Murakamanın iştirakı ilə növbəti beynəlxalq seminar (15-16 may) keçirəcək.
Seminar başa çatdıqdan sonra mayın 17-də Bakı Olimpiya İdman Kompleksində SKİF versiyası üzrə beynəlxalq turnir təşkil olunacaq.
Beynəlxalq yarışa 12-14 və 15-16 yaşlı idmançılar qatılacaq. Sumqayıt, Gəncə, Xaçmaz komandaları yarışlarda ilk dəfə iştirak edəcəklər. Azərbaycan idmançılarının rəqibləri Gürcüstan, İran, Rusiya və Türkiyə komandaları olacaqlar.
AzərTac

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0