Cüdo yığmamız Litvada beynəlxalq turnirə qatılacaq
04.05.2009 - 16:03
Fiziki qüsurlu cüdoçulardan ibarət Azərbaycan yığması Litvanın Elektrenay şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə apasport.az saytına Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Artıq qitə birinciliyinə hazırlıq məqsədilə təlim-məşq toplanışı başlanıb. 2 məşqçi və 9 idmançının qatıldığı toplanış sayəsində optimal heyət müəyyənləşəcək. Hazırlıq prosesinə mayın 13-də yekun vurulacaq. Mayın 15-də isə cüdoçularımız baş məşqçi Əhməddin Rəcəblinin rəhbərliyi altında Litvaya yola düşəcəklər. Beynəlxalq yarış mayın 18-də başa çatacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0