Azərbaycan prezidenti İlham Əliyev “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb
05.05.2009 - 19:16
Azərbaycan prezidenti İlham Əliyev “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, bu sərəncam Azərbaycanda şahmat sahəsində mövcud potensialı və əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, şahmata dövlət qayğısının daha da artırılması, o cümlədən onun maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə imzalanıb. Sərəncama əsasən qeyd edilən Dövlət Proqramı təsdiqlənib, bu proqramın həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilib.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0