Özbəkistan yığmasının azərbaycanlı Şahzadəsi - FOTO
07.05.2009 - 15:15
Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərovun qızı Özbəkistan üzgüçülük yığmasının şərəfini qoruyur. Artıq futbolçu karyerasını bitirmiş Qəmbərov apasport.az saytına açıqlamasında yeganə övladının istedadına özbəklərin xüsusi diqqət yetirdiyini bildirib.
Onun sözlərinə görə, qızının azərbaycanlı olması Özbəkistan mili komandasına cəlb edilməsinə problem yaratmayıb: “Qızımın adı Şahzadədir. Bu adı ona futbolçu olmağımda böyük zəhməti keçən atam qoyub. 9 yaşlı qızım Özbəkistanda həmyaşıdlarından ibarət üzgüçülük yığmasına cəlb olunub. Şahzadə orada anadan olub, ailəm indi də Daşkənddə yaşayır. Bununla belə, o, Azərbaycan dilində də danışmağı bacarır. Şahzadə mənim kimi cəlddir. Mənim futbolda sürətim var idi, onun suda. Su, üzgüçülük sağlamlıqdır. Biz də buna görə onun üzgüçülüklə məşğul olmasına qərar verdik. Şahzadə Özbəkistan yığmasının heyətində yarışda da iştirak edib”.
37 yaşlı Elşən qızının əl işlərində də bacarığının olduğunu söyləyib: “Ona yığmada gimnastika da öyrədirlər. Qızım dulusçuluğu da bacarır. Hər gün 2-3 saat əl işləri ilə məşğul olur. Jurnalda şəkilləri də çıxmışdı”.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0